Rayon İcra Hakimiyyətinin başçısı şəhid Murad Qurbanovun ailə üzvlərini ziyarət etmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Səbail RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun ailə üzvlərini ziyarət etmişlər.
İlk öncə Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə küçəsi 3 ünvanında yerləşən 51 nömrəli tam orta məktəbdə şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Ziyarət zamanı şəhidin anası Mehriban Əmrahovanın qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu bildirmişdir.
Şəhidin anası Mehriban Əmrahova şəhid ailələrinin və müharibə iştirakçılarının Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, ölkə rəhbərliyi tərəfindən göstərilən bu qiymətin hər kəs üçün bir nümunə olduğunu bildirmişdir.
Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.