Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Bayıl yaşayış sahəsində qazilərlə görüşüb

03 noyabr 2022 | 16:13

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bayıl yaşayış sahəsində “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Bakı şəhər Səbail rayon filialının üzvləri ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və qazilər iştirak etmişlər.
Görüş zamanı 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, eyni zamanda Səbail rayonunda şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən söhbət açılmış, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanılmışdır.

Keçidlər