Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Salyan yolu küçəsində sakinlərlə görüş keçirmişdir

18 may 2023 | 16:52

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi, Salyan yolu küçəsində sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Görüş zamanı sakinlərin problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər