Rayon İcra Hakimiyyətinin başçısı 239 saylı tam orta məktəbin direktoru Sədaqət Əzimovanı yubileyi münasibətilə təbrik etmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovanı yubileyi münasibəti ilə təbrik etmişdir. Tədbirdə RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı Sədaqət Əzimovanı yubileyi münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək xalqımızın gələcəyi olan təhsil sahəsinin hər zaman ulu öndər Heydər Əliyevin qayğısını hiss etdiyini, xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz dönəmində bu sahəyə xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider tərəfindən qoyulan bu strateji kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yüksək diqqəti sayəsində Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərdiyini diqqətə çatdırmışdır.
Sonda Sədaqət Əzimovaya rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.