Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Fərid Əliyevin ailə üzvlərini ziyarət etdi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva M.Maqomayev küçəsi 93 ünvanında şəhid Əliyev Fərid Pirəli oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Şəhidin atası Pirəli Əliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.