Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidləri İlkin Əhədzadə və Əli Nağıyevin ailə üzvləri ilə görüş keçirmişdir

19 iyun 2023 | 11:21

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidləri Əhədzadə İlkin Qələmşah oğlu və Nağıyev Əli Mehman oğlunun ailə üzvləri ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.

Şəhidlərin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər