Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanovu yubileyi münasibətilə təbrik etmişdir

23 yanvar 2023 | 17:17

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanovu yubileyi münasibəti ilə təbrik etmişdir. Tədbirdə RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.

Tədbir zamanı Səmədağa Aslanovu yubileyi münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər və əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi ilə əlaqədar bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını tələb etdiyini diqqətə çatdırmış, bələdiyyə sisteminin effektivliyinin və fəallığının artırılmasının vacibliyi vurğulayaraq bələdiyyə sədrlərinə müvafiq tövsiyələr vermişdir.

Sonda Səmədağa Aslanova rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH başçısı tərəfindən “Təşəkkürnamə” təqdim olunmuşdur.

Keçidlər