Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada keçirilən vətəndaş qəbulu
Əhali ilə görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən rayon ərazisində keçirilən səyar qəbullar və görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün saat 10.00-dan etibarən vətəndaş qəbulları keçirilir.
Vətəndaşların müraciətləri əsasənda keçirilən qəbullar çərçivəsində şikayətçi Babayeva Aygün Allahverdi qızının Badamdar qəsəbəsində qonşusu tərəfindən aparılan qazıntı işləri zamanı ona məxsus fərdi yaşayış evinin özülünün zədələnməsi iddiası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən dəfələrlə fərdi qaydada qəbul edilmişdir.
Şikayətçiyə müraciəti əsasənda sözügedən ünvana aidiyyəti qurumların nümayəndələri ilə baxış keçirilən zaman hər-hansı qəzalı vəziyyətin müşahidə edilmədiyi bildirilmiş, qonşusu ilə arasında yaranmış mübahisə ilə əlaqədar aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.