Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən sakinlərlə növbəti görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüşdə sakinlər abadlıq işlərinin aparılması, məhəllədaxili yollara yeni asfalt örtüyünün çəkilməsi, qaz, su və kanalizasiya xətlərinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni işıq dirəklərinin quraşdırılması, maddi yardım və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.
Görüş zamanı sakinlərin problemlərini dinləyən RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər vətəndaşlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.