Rayon İcra Hakimiyyətinin başçısı "20 Yanvar" İctimai Birliyinin sədri ilə görüş keçirmişdir
07 iyul 2026 | 16:05
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov "20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə ilə görüş keçirmişdir. Görüş zamanı 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların məişət qayğıları və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər müzakirə olunmuşdur.
Sultan Əzimzadə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə etmişdir.






