Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid Murad Qurbanovun ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyət nümayəndələri şəhid Qurbanov Murad Asif oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Ş.Allahverdiyev küçəsi 15 ünvanında şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu bildirmişdir.
Şəhidin anası Mehriban Əmrahova şəhid ailələrinin və müharibə iştirakçılarının Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, ölkə rəhbərliyi tərəfindən göstərilən bu qiymətin hər kəs üçün bir nümunə olduğunu bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.