Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin adı yaşadığı küçəyə verildi

03 oktyabr 2022 | 10:16

44 günlük Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid Əhədzadə İlkin Qələmşah oğlunun Badamdar qəsəbəsində küçələrdən birinə adının verilməsi və qeyd olunan küçədə şəhidin xatirə lövhəsinin açılışı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə diqqət və qayğı göstərildiyini, bu kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətin mühüm prioritetlərindən olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən bu siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələrinin, müharibəsi əlillərinin, müharibə veteranlarının xüsusi qayğı ilə əhatə olunduğunu və şəhidlərimizin xatirəsi daim əziz tutulduğunu qeyd etmişdir.

Şəhidin ailə üzvləri övladlarının adının əbədiləşdirilməsinə ilə bağlı göstərilən diqqətə və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, şəhid mayor Əhəhzadə İlkin Qələmşah oğlu nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı 35 yaşında döyüşlərə qatılan şəhid ailəli və 3 övlad atası idi. Müharibənin ilk günlərindən döyüşə atılan Əhəhzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə oktyabrın 1-də şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər