Səbail rayonunda “İnsan alverinə qarşı mübarizə uşaqların gözü ilə” mövzusunda maarifləndirici görüş keçirilmişdir
Səbail rayonu 6 nömrəli məktəb-liseydə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Insan Hüquqları aylığı” çərçivəsində “İnsan alverinə qarşı mübarizə uşaqların gözü ilə” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Hüquq İdarəsi, Hüquq şöbəsinin əməkdaşı Nərmin Orucova, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq şöbəsinin əməkdaşı Bahar Kərimli, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, insan alveri qurbanı mərkəzinin rəhbəri Həbibə Qəribova, Səbail Rayon Prokurorunun köməkçisi Sevinc Şıxəlyeva, 8-ci polis bölməsinin baş inspektoru Pərvanə Səfərova, 9-cu polis bölməsi, Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Aysel Əsgərzadə, məktəbin direktoru Gülşən Orucova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə etmişdir. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilmiş, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmışdır. Bununla yanaşı, iştirakçılara insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verilmişdir. Sonda mövzuya dair videoçarx nümayiş olunmuş və mövzu ətrafında müzakirələr aparılmışdır.