Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici bukletlər paylanılıb

20 iyun 2025 | 12:11

Səbaildə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail və Badamdar bələdiyyələrinin nəzdində yaradılmış Gender komissiyalarının iştirakı ilə sakinlərin bu sahədə biliklərinin və məlumatlılığının artırılması məqsədilə insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılmışdır.
Sakinlərə “İnsan Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, əhali arasında hüquq mədəniyyətinin inkişaf etdirilməsinin, hər kəsin öz hüquq və vəzifələri barədə məlumatlı olmasının vacibliyi vurğulanmışdır.

Keçidlər