Şriftin ölçüsü :

Saytın rəngi :

49 nömrəli “İntellekt” məktəb-liseyinin 95 illik yubileyi qeyd edilib

19 dekabr 2024 | 16:09

Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb-liseyinin 95 illik yubileyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, təhsil müəssisəsinin məzunları, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak etmişlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə çıxış edənlər təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə ətraflı məlumat vermiş, tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edərək yeni təhsil nailiyyətləri arzulamışlar.
Sonda təhsil müəssisəsinin tarixi və məzunlarının uğurlarından bəhs edən videoçarx təqdim olunmuş, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

Keçidlər