Şriftin ölçüsü :

Saytın rəngi :

“İş yerində gender bərabərliyinin idarə olunması” mövzusunda təlim

19 may 2026 | 12:41

Bakıda İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “İş yerində gender bərabərliyinin idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, dövlət qurumlarının əməkdaşları və aidiyyəti sahə üzrə mütəxəssislər iştirak ediblər.
Təlim çərçivəsində gender bərabərliyi, inklüzivlik, genderə həssas kommunikasiya, təhlükəsiz iş mühiti, iş-həyat balansı, rəqəmsallaşma və hibrid iş modelləri ilə bağlı təqdimatlar keçirilib, iştirakçılar interaktiv məşğələlər və keys simulyasiyalarında iştirak ediblər. Tədbir zamanı iş yerlərində gender bərabərsizliyinin səbəbləri və bu sahədə qabaqlayıcı tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Keçidlər