Şriftin ölçüsü :

Saytın rəngi :

Jurnalistlər üçün inşa edilmiş binanın həyəti abadlaşdırılır

27 iyul 2022 | 14:55

Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilmiş binanın həyətində abadlıq işlərinə başlanılmışdır.

Sakinlərin təklif və müraciətləri nəzərə alınaraq aparılan abadlıq işləri çərçivəsində binanın həyətində ümumilikdə 350 kv.metr sahədə yeni tamet daş örtüyünün salınması, işıq dirəklərinin, iki yeni söhbətgahın və oturacaqların quraşdırılması, o cümlədən burada yararsız idman qurğuları və attraksionların yenilənməsi, eyni zamanda idman və uşaqlar üçün əyləncə meydançalarının rezin örtüklərlə üzlənməsi, həmişəyaşıl ağaclar və gül kollarının əkilməsi işlərinə başlanılmışdır.

Keçidlər