Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda kibergigiyena üzrə ilk beynəlxalq konfrans keçirilib

16 noyabr 2022 | 10:20

14 noyabr 2022-ci il tarixində Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəzliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, həmçinin “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə həyata keçirilib. Konfransda  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev,  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və müxtəlif yerli və xarici qurumların əməkdaşları iştirak etmişlər.

Konfransda "Kibergigiyena" platformasından aktiv istifadəyə görə Səbail Rayon İcra Hakimiyyəti, eləcə də platformanın tətbiqində göstərdiyi dəstəyə görə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova təşəkkürnamə ilə təltif olunmuşdur.

Qeyd edirik ki, Kibergigiyena portalının yaradılması ilə bağlı ötən ilin sentyabr ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” MMC arasında üçtərəfli müqavilə imzalanıb. Müqavilənin əsas predmetini  platformanın yaradılması,  istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılması təşkil edib.

Keçidlər