Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir

13 noyabr 2023 | 17:03

Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Heydər Əliyev” ili çərçivəsində Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi" mövzusunda görüş baş tutmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Rayon prokurorunun müavini, ədliyyə müşaviri Ədalət Aslanov, Səbail rayon qeydiyyat şöbəsinin rəisi Suella Şərifzadə, Prokuror köməkçisi, ikinci dərəcəli hüquqşünas Leyla Kərimova, RİHBA-nın məsul əməkdaşları, Səbail Rayon Prokurorluğunun məsul əməkdaşları, Səbail bələdiyyəsinin məsul əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 28-ci ildönümünü üçqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratmışdır.

Keçidlər