12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı RİH başçısının müavini Kəmalə Həşimova çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etmiş, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının müasir, demokratik, hüquqi dövlət quruculuğunun əsasını təşkil etdiyini vurğulamışdır. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Konstitusiyaya əsaslanan islahatlar həyata keçirdiyini, insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin olunması, eləcə də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm nəticələr əldə olunduğunu diqqətə çatdırmışdır.
Sonda 12 Noyabr - Konstitusiya Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.






