Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 12 noyabr - Konstitusiya günü münasibəti ilə “Heydər Əliyev” muzeyinə ziyarət təşkil edilmişdir

12 noyabr 2025 | 15:35

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə şagirdlərin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Heydər Əliyev” muzeyinə ziyarəti təşkil edilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Gülnar Məmmədova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, 236 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbirdə Konstitusiyanın əsas prinsipləri - dövlətçilik, suverenlik, hüququn aliliyi və milli-mənəvi dəyərlərin qorunması barədə maarifləndirici söhbətlər aparılmış, şagirdlərə vətəndaşlıq hüquq və vəzifələri ilə bağlı praktiki nümunələr təqdim edilmişdir.
Ziyarət zamanı şagirdlər “Heydər Əliyev” muzeyində Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər, eksponatlar və unikal arxiv sənədləri ilə tanış olmuş, Ümummilli Liderin dövlətçilik ənənələrinin möhkəmlənməsində və 1995-ci il Konstitusiyasının qəbuluna təsir edən tarixi fəaliyyəti barədə ətraflı məlumat əldə etmişlər.

Keçidlər