Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12 noyabr 2026 | 14:31

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Kəmalə Həşimova Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs etmişdir. O, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın müstəqil Azərbaycanın hüquqi və demokratik dövlət quruculuğunun əsasını təşkil etdiyini vurğulamışdır. Həmçinin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların qorunmasının, qanunun aliliyinin təmin edilməsinin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Sonda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər