Səbail rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Mayın 20-də Salyan şossesi ünvanında (Bakı Baş Gömrük İdarəsinin qarşısı) ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri, bələdiyyə sədrləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 300-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.