Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

26 dekabr 2023 | 17:27

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Səbail bələdiyyəsində antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şahin Talıbov, Səbail bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov, bələdiyyənin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığı, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyi, iqtisadi və sosial inkişafı ləngitdiyi, əlverişli biznes mühitinin yaranmasına mane olduğu qeyd edilmişdir. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğu vurğulanmış, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırılmışdır. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyi bildirilmişdir.
Dəyirmi masa formatında keçirilən maarifləndirmə görüşünün məqsədi cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi, antikorrupsiya davranış modelinin formalaşdırılması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi olmuşdur.

Keçidlər