Şriftin ölçüsü :

Saytın rəngi :

Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olundu

05 dekabr 2024 | 17:07

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın şöbə müdiri Qabil Vahidov, şəhid anası Mehriban Əmrahova və kollecin əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər kollecin 90 illik zəngin tarixindən söhbət açaraq, ölkədə orta ixtisas təhsili verən ilk kollec olan Maliyyə-İqtisad Kollecinin təhsil sistemindəki özünəməxsus yerindən, müasir standartlara uyğun aparılan təhsil prosesindən və yeni nəsil mütəxəssislərin yetişməsindəki xidmətlərindən danışmışlar.
Yubiley tədbiri tələbələrin ifasında musiqi proqramı ilə davam etmişdir.
Tədbir zamanı kollecin Vətən müharibəsində şəhid olmuş məzunları Murad Qurbanov, Miqdad Abduləlimov və Elşən İbrahimovun rəsmləri onların valideynlərinə təqdim olunmuşdur.

Keçidlər