Səbaildə “Məişət zorakılığı” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Səbail rayonu, Cəbrayıl Əsgərov adına 50 nömrəli tam orta məktəbdə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məslətçisi, Gender zorakılığı üzrə monitorinq qrupunun üzvü Abbasağa Dərbəndli, Bibiheybət Bələdiyyəsinin sədri, Gender zorakılığı üzrə monitorinq qrupunun üzvü Validə Həsənova, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları, peşəkar psixoloqlar, məktəbin rəhbər və müəllim heyəti iştirak etmişlər.
Tədbirdə çıxışlar zamanı ölkəmizdə ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyanın fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs edilmişdir. Məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar peşakar psixoloqlar tərəfindən cavablandırılmışdır.