Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində Səbail rayonunda məişət zorakılığına qarşı maarifləndirici tədbir keçirilmişdir

05 iyun 2026 | 17:29

“İnsan Hüquqları Aylığı” tədbirləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi və “Dayaq” Sosial Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Səbail rayonu 239 nömrəli tam orta ümumtəhsil məktəbində “Məişət zorakılığına yox!” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Abasağa Dərbəndli, “Dayaq” Sosial Maarifləndirmə İB-nin sədri Hicran Əliməmmədova, layihənin eksperti Gövhər Quliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru, polis baş leytenantı Gülər Əliyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, məktəbin rəhbərliyi, müəllim və şagirdlər iştirak etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Vurğulanmışdır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, insan hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, ailə institutunun möhkəmləndirilməsi və məişət zorakılığına qarşı mübarizə istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan maarifləndirici tədbirlər cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsinə və vətəndaşların hüquqi biliklərinin artırılmasına xidmət edir.

Keçidlər