Məişət zorakılığının qarşısının alınması ilə bağlı Bibiheybət qəsəbəsində maarifləndirici tədbir keçirilmişdir
04 may 2023 | 15:51
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bibiheybət bələdiyyəsinin dəstəyi ilə qəsəbə sakinləri arasında maarifləndirici tədbir keçirilmişdir. Sakinlərə “Məişət zorakılığı nədir?” və “Məişət zorakılığının formaları” barədə məlumatları əks etdirən bülletenlər paylanılmışdır.