Səbail rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda görüş keçirilmişdir
Səbail rayonu 239 №-li tam orta məktəbdə “Məişət zorakılığı” mövzusunda maarifləndirici dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, monitorinq qrupunun üzvləri, bələdiyyələrin nümayəndələri, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Diskussiya formatında davam edən tədbir zamanı görülmüş işlər, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər və.s hallara dair edilmiş müraciətlər barədə məlumatlar müzakirə olunmuşdur. Tədbir zamanı bu istiqamətdə iştirakçılara ətraflı məlumat verilmiş, sualları cavablandırılmış, məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və bu sahədə bir sıra məsələlər barədə təkliflər dinlənilmişdir.
Sonda məktəb şagirdləri tərəfindən“Məişət zorakılığı” mövzusunda hazırlanan təqdimat nümayiş olunmuşdur.