Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib

24 dekabr 2024 | 17:03

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilmişdir. Bu konfranslarda Səbail rayonu ümumtəhsil məktəblərinin şagirdləri də Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitabın təqdimatı keçirilmişdir. Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan qalib şagirdləri referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilmişdir.

Keçidlər