Səbail rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəblilərlə sorğular keçirilib
17 noyabr 2026 | 16:48
20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində Səbail rayonunda yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Uşaqların hüquqları və məsuliyyətləri” mövzusunda maarifləndirici sorğular keçirilmişdir.
Sorğuların keçirilməsində məqsəd şagirdlərin uşaq hüquqları, qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin öyrənilməsi, onların hüquqi biliklərinin artırılması və bu sahədə maarifləndirilməsinin təşviq edilməsindən ibarət olmuşdur.
Sorğular zamanı şagirdlərin mövzu ilə bağlı fikirləri öyrənilmiş, uşaqların hüquq və məsuliyyətləri, hüquqların qorunması və qarşılıqlı hörmət prinsipləri ətrafında müzakirələr aparılmışdır.






