Azərbaycanın Milli Qəhrəmanı Vaqif Qurbanovun ailə üzvləri ziyarət olundu
21 oktyabr 2026 | 14:21
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və RİHBA-nın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Nicat Quliyev Azərbaycanın Milli Qəhrəmanı Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət zamanı şəhid Vaqif Qurbanovun keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılmışdır.
Şəhidin övladı Sevinc Qurbanova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.






