Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev – müasir Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilib

14 iyul 2026 | 11:38

Səbail Rayon İcra Hakimiyyətində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 14 iyul 1969-cu il – Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Heydər Əliyev – müasir Azərbaycanın memarlıq irsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Səbail Bələdiyyəsinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Leyli Mirzayeva, RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Tədbirdən əvvəl iştirakçılar təşkil olunmuş sərgi ilə tanış olmuş, daha sonra Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar. Ardınca Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuş, Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə ölkənin sosial-iqtisadi inkişafında, elm, təhsil, mədəniyyət və şəhərsalma sahələrində yeni mərhələnin əsası qoyulmuşdur. Bildirilmişdir ki, milli memarlıq irsinin qorunması, tarixi abidələrin bərpası və şəhərlərin müasir tələblərə uyğun inkişafı istiqamətində müəyyən edilmiş strateji kurs bu gün cənab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanmışdır ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də ölkəmizdə şəhərsalma siyasətinə, milli memarlıq irsinin qorunmasına və müasir yaşayış mühitinin formalaşdırılmasına verilən yüksək dəyərin bariz nümunəsidir.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər