Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı müharibə iştirakçıları ilə görüş keçirmişdir

19 oktyabr 2026 | 11:21

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov ilə birgə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev və Vətən müharibəsi iştirakçısı, “Qarabağ" ordenli Rəşad Aslanov ilə görüş keçirmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov xalqımızın milli birlik bayramının əhəmiyyətindən danışaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında istər 44 günlük Vətən müharibəsində, istərsə də son antiterror tədbirləri zamanı qazandığımız tarixi qələbələrdə xalqımızın göstərdiyi həmrəyliyin bütün dünyaya sübut olunduğunu bildirmişdir.
Tədbir zamanı çıxış edən müharibə veteranları dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda müharibə veteranları ilə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər