Murad Qurbanov və Əli Tağıyevin Vətən müharibəsində şəhid olmalarının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlunun və Tağıyev Əli Aydın oğlunun şəhidlik zirvəsinə ucaldıqları gündən altı il keçir. Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Kərim Xələfov, RİHBA-nın məsul əməkdaşları, bələdiyyə sədrləri, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, AR ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Sosial Ehtiyacların Qiymətləndirilməsi üzrə Mərkəzi Filialının müdir müavini Xəyalə Qəmbərova, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Qurbanov Murad Asif oğlunun və Tağıyev Əli Aydın oğlunun məzarları ziyarət edilərək xatirələri ehtiramla anılmış, məzarları üzərinə gül dəstələri qoyulmuş və ruhlarına dualar oxunmuşdur.
Şəhidin məzarı önündə çıxış edən Kəmalə Həşimova ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması, hər cür qayğı ilə əhatə olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.






