Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

03 dekabr 2025 | 14:34

Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, infrastruktur layihələrinin icra olunması və nəzərdə tutulan yeni abadlıq-quruculuq işləri ilə əlaqədar müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən iclasda RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması, sakinlərlə keçirilən görüşlər zamanı qaldırılan məsələlərin operativ həll olunması və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər