Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir
Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması, sakinlərlə keçirilən görüşlər zamanı qaldırılan məsələlərin operativ həll olunması və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.






