Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilib
Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları, SİƏD və bələdiyyələr üzrə nümayəndələr iştirak etmişlər.
Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə keçirilən mötəbər tədbir ilə əlaqədar rayon ərazisinə nəzarətin gücləndirilməsi və qarşıda duran vəzifələrin yüksək səviyyədə icra edilməsi və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir. Eyni zamanda RİH başçısı tərəfindən 27 və 28 may tarixlərində müqəddəs Qurban bayramı ilə əlaqədar rayon ərazisində heyvan kəsiminin yalnız aidiyyəti qurumlar tərəfindən müəyyən edilmiş xüsusi, sanitariya normalarına cavab verən məntəqələrdə təşkil olunması ciddi tələb kimi qarşıya qoyulmuşdur. Müşavirə zamanı RİH başçısı son zamanlar ölkə ərazisində, o cümlədən Səbail rayonunda yağan intensiv yağışların törətdiyi fəsadların operativ şəkildə aradan qaldırılması, həmçinin gələcəkdə bu növ halların təkrarlanmaması üçün infrastrukturun təkmilləşdirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlərin dərhal hazırlanması barədə müvafiq göstərişlər vermişdir.






