Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

19 avqust 2026 | 12:23

Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması və vətəndaşların mənafeyinin qorunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Vətəndaş müraciətlərinin vaxtında cavablandırılması və qaldırılan problemlərin operativ həlli məqsədilə, bələdiyyə sədrləri, MKİS müdirləri və inzibati ərazi dairəsi üzrə nümayəndələrə sakinlərlə birbaşa, mütəmadi görüşlər keçirmək tapşırılmışdır. Bununla yanaşı, bir müddət öncə rayonun mərkəzi hissəsində iaşə obyektində baş vermiş yanğın hadisəsi xatırladılaraq, bu cür halların təkrarlanmaması üçün rayon ərazisində fəaliyyət göstərən digər obyektlərdə ciddi monitorinqlərin aparılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər