Şriftin ölçüsü :

Saytın rəngi :

3 nömrəli musiqi məktəbinin direktoru Məhin Orucova yubileyi münasibətilə təbrik olundu

12 may 2025 | 15:00

C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru Məhin Orucovanı yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov təbrik etmiş, rayonun ictimai- siyasi həyatında fəal iştirakının yüksək qiymətləndirildiyini bildirmişdir.
Daha sonra yubiley münasibətilə RİH-də görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
RİH başçısının müavini Kəmalə Həşimova Məhin Orucovanı təbrik edərək bildirib ki, mədəniyyət sahəsində aparılan əsaslı islahatlar Azərbaycanın davamlı inkişafına töhfə vermişdir. O, vurğulamışdır ki, İlham Əliyevin rəhbərliyi altında milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Musiqi məktəbinin uğurlarından danışaraq qeyd etmişdir ki, bu tədris ocağının şagirdləri müxtəlif respublika səviyyəli müsabiqə və festivallarda yüksək nailiyyətlər əldə etmişlər. Peşəkar müəllim heyəti və səriştəli rəhbərlik sayəsində musiqi məktəbi yüksək tədris göstəriciləri ilə musiqi təhsil müəssisələri sırasında öz layiqli yerini tutmuşdur. Bu uğurlar, məktəbdə tədris və tərbiyə işlərinin yüksək səviyyədə təşkil olunduğunu bir daha təsdiq edir.
Məktəbin direktoru Məhin Orucova çıxışında musiqi sənətinin inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyinə görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Məhin Orucova Səbail RİH başçısının Fəxri Fərmanı ilə təltif olunmuş, ona hədiyyə təqdim edilərək xatirə şəkli çəkdirilmişdir.

Keçidlər