Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mustafayev Faiq Mehrəli oğlunun ailə üzvləri ziyarət olundu

28 fevral 2024 | 15:34

Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, Səbail RİHBA-nın və Səbail bələdiyyəsinin məsul əməkdaşları şəhid Mustafayev Faiq Mehrəli oğlunun ailə üzvlərini ziyarət etmişlər.
İlk öncə şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışılmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı qeyd olunmuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Mustafayev Faiq Mehrəli oğlu 26 fevral 1998-ci ildə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər