Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

26 may 2026 | 14:00

Səbail Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın Müstəqilliyi və Şəhərsalma Strategiyası” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə həyata keçirilən inkişaf strategiyasının Azərbaycanın iqtisadi, sosial və şəhərsalma sahələrində mühüm dəyişikliklərə səbəb olduğu, davamlı inkişaf üçün möhkəm təməl formalaşdırdığı bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, müasir şəhərsalma prinsipləri əsasında yeni layihələr icra olunur, şəhərlərin və yaşayış məntəqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Tədbir çərçivəsində iştirakçılarla müstəqilliyin ölkənin inkişafı və şəhərsalma siyasətinə təsiri ilə bağlı müzakirələr aparılıb. Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Keçidlər