Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilib

18 oktyabr 2023 | 17:08

Səbail Rayon İcra Hakimiyyətində Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, RİHBA-nın məsul əməkdaşları, RİHBA-da təcrübə keçən könüllü gənclər iştirak etmişlər.

Tədbir zamanı bildirilmişdir ki, 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Qeyd edilmişdir ki, yalnız Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün olmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilir. Tədbirdə Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, böyük qələbə kimi də adlandırılan zəfər tarixindən geniş söhbət açılmış, qeyd edilmişdir ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Sonda 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü ilə bağlı qısa videoçarx nümayiş etdirilmişdir.

Keçidlər