Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir

20 oktyabr 2023 | 17:27

Səbail rayonu, Badamdar qəsəbəsi 329 nömrəli tam orta məktəbdə “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir kecirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, RİH başçısının müavini Eldar Ağayev, Səbail rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov, AR Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, RİHBA-nın məsul əməkdaşları, orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Eldar Ağayev narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu diqqətə çatdıraraq, Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirildiyini və bu istiqamətdə RİH ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələrinin də geniş fəaliyyət göstərdiklərini qeyd etmişdir.

Tədbir zamanı çıxış edən Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söhbət açaraq qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, ölkədə, eyni zamanda Səbail rayonunda narkomaniyaya qarşı keçirilən tədbirlər, aparılan profilaktik işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra tədbir iştirakçıları ilə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Sonda tədbir iştirakçılarına narkomaniyanın dəhşətlərindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Keçidlər