Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib

01 mart 2023 | 10:14

Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsi 6 ünvanında yerləşən “Landau school” məktəbində “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail RPİ Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili bölməsinin rəisi Emin Bağırzadə, RİHBA-nın məsul əməkdaşları və şagirdlər iştirak etmişlər.
Tədbir zamanı narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

Keçidlər