Səbaildə "Narkomaniyaya yox deyirik" mövzusunda maarifləndirici tədbir keçirilib
20 noyabr 2025 | 11:38
“Uşaq hüquqları aylığı” çərçivəsində Səbail rayonu 163 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyirik" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abasağa Dərbəndli, Səbail Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəriman Bayramov, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər. Tədbir zamanı şagirdlərə narkotik vasitələrin fəsadları, qanunvericilik və sağlam həyat tərzinin əhəmiyyəti barədə geniş məlumat verilmişdir. Tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin zərərli vərdişlərdən uzaq durmasını və məsuliyyətli vətəndaş kimi formalaşmasını təmin etməkdir.






