Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək”, eləcə də “Erkən nikah hallarının qarşısının alınması” mövzularında tədbir keçirilib

13 noyabr 2025 | 17:59

“Uşaq hüquqları aylığı” çərçivəsində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək”, eləcə də “Erkən nikah hallarının qarşısının alınması” mövzularında tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis pokovniki Hikmət Qasımov, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Aqil Xudiyev, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova, 132-134 nömrəli liseyin direktoru Aygün Mikayılova, liseyin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Tədbir zamanı şagirdlərə narkomaniyanın fiziki və psixoloji fəsadları, zərərli vərdişlərin qarşısının alınmasının yolları, erkən nikahın fərdi inkişaf və cəmiyyətə təsiri barədə ətraflı məlumat verilmişdir. Tədbirin sonunda məktəblilərin sualları cavablandırılmış, mövzu ətrafında interaktiv müzakirələr aparılmışdır. Sonda narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunmuşdur.

Keçidlər