Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Narkotik əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir

23 yanvar 2026 | 15:35

Səbail rayonu 7 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün “Narkotik əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri, RİH-də fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, RİHBA-nın məhsul əməkdaşları, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Natiq İsbatov, Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Aqil Xudiyev və Bakı Narkoloji Mərkəzinin nümayəndəsi Fidan Ataxanlı iştirak etmişlər.
Tədbiri zamanı çıxış edən RİH başçısının müavini Eldar Ağayev narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu diqqətə çatdıraraq, Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirildiyini və bu istiqamətdə RİH ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələrinin də geniş fəaliyyət göstərdiklərini qeyd etmişdir.
Daha sonra çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə tədbir iştirakçılarına ətraflı məlumatlar vermişlər.
Tədbir zamanı bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları ilə rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.

Keçidlər