Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” və “Erkən nikah hallarının qarşısının alınması” mövzularında tədbir keçirilib

18 iyun 2025 | 12:12

Səbaildə 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” və “Erkən nikah hallarının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail Rayon Polis İdarəsi-İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Emin Bağırzadə, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, Səbail RİHBA-nın İctimai və Humanitar məsələlər üzrə şöbə müdiri Leyli Mirzəyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, məktəbin şagird və valideynləri iştirak etmişlər.
Tədbir zamanı şagirdlərə narkomaniyanın fiziki və psixoloji fəsadları, zərərli vərdişlərin qarşısının alınmasının yolları, erkən nikahın fərdi inkişaf və cəmiyyətə təsiri barədə ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda məktəblilərin sualları cavablandırılmış, mövzu ətrafında interaktiv müzakirələr aparılmışdır.

Keçidlər