Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nicat Şükürlünün ailə üzvləri Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən ziyarət olunmuşdur

03 fevral 2023 | 15:50

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 2023-cü ilin Tədbirlər Planına əsasən rayon ərazisində yaşayan şəhidlərin ailə üzvləri ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən keçirilən görüşlər davam edir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Gülnar Məmmədova, Azər Məmmədov və Vaqif Əsədov tərəfindən Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğlunun ailə üzvləri ziyarət olunmuşdur. Ziyarət zamanı Ordumuzun Şanlı qələbəsindən, şəhid Nicat Şükürlünün keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılmışdır.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü 2020-ci ilin oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Keçidlər